Mədəniyyət və Turizm Nazirliyi: Pərvin Səfərovun təhsillə bağlı məsələsi araşdırılacaq
- 09 oktyabr, 2017
- 12:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 oktyabr. REPORT.AZ/ "Pərvin Səfərova təhsil verilməsi ilə bağlı məsələni araşdırıb məlumat verəcəyik".
Bunu “Report”a açıqlamasında Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov deyib.
O qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyinin sturukturunda təhsil ilə məşğul olacaq bir müəssisə yoxdur: "Onun ilk videosunun yayıldığı vaxtlarda dərhal nazirliyin regional idarəsinə göstəriş verilib və əməkdaşlarımız Pərvin Səfərovun evinə baş çəkiblər. Görüş zamanı onun ali təhsilinin olmadığını nəzərə alaraq yaşadığı rayonun mədəniyyət evində iş təklifi olunub. Ancaq təhsil məsələsinə gəldikdə isə bununla bağlı araşdırıb məlumat verəcəyik".
Qeyd edək ki, Neftçala rayonundan ola çoban-müğənni Pərvin Səfərov "O səs Türkiyə" yarışmasındakı çıxışı ilə yenidən gündəmə gəlib. P.Səfərov mətbuata müsahibəsində bildirib ki, Mədəniyyət və Turizm Nazirliyindən onun təhsilinə dəstək olacaqları barədə söz verilsə də, buna əməl olunmayıb.