İçərişəhərdə turistlər üçün yeni turlar nəzərdə tutulub
- 23 dekabr, 2025
- 12:55
İçərişəhərdə turistlər üçün yeni turların təşkili nəzərdə tutulub.
"Report" xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
O qeyd edib ki, Qoruqda xarici və yerli turistlər üçün fərqli yanaşmalar tətbiq edilir:
"Statistikalar göstərir ki, yerli turistlər də çoxluq təşkil edilir. İçərişəhər hər kəs üçün doğmadır. Biz maraqlıyıq ki, turist axını daha da artsın. Bunun üçün muzeylərdə olan eksponatların daha da zənginləşdirilməsi, interaktiv olmasına dair strategiyalarımız var".
R. Mahmud əlavə edib ki, bundan başqa, əksəriyyəti yerli turistlər üçün nəzərdə tutulan yeni və maraqlı turların təşkili planlaşdırılır.