Gürcü rejissor Akademik Milli Dram Teatrında "Kral Lir"ə quruluş verəcək
- 20 dekabr, 2025
- 23:33
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Şota Rustaveli adına Gürcüstan Milli Teatrı ilə imzalanmış əməkdaşlığa dair memorandum çərçivəsində gürcü rejissoru David Sakvarelidzenin quruluşunda Vilyam Şekspirin "Kral Lir" pyesi əsasında hazırlanacaq tamaşanın yaradıcı heyəti ilə görüş olub.
"Report" xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Məlumat verilib ki, 2026-cı ildə teatrın aparıcı səhnə ustası, Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi münasibətilə hazırlanacaq tamaşa Kamran Nəzirlinin yeni səhnə redaksiyasında təqdim olunacaq. Benefis tamaşanın premyerası aprel ayına planlaşdırılır.
Həmin ay Gürcüstan Milli Teatrının "Prometey" tamaşası (Robert Sturuanın quruluşunda) ilə Bakıya qastrol səfəri nəzərdə tutulur.