Azərbaycan Kinosu Günü münasibətilə silsilə tədbirlərin keçirilməsinə başlanılıb

Mədəniyyət
  • 31 iyul, 2026
  • 20:34
Azərbaycan Kinosu Günü münasibətilə silsilə tədbirlərin keçirilməsinə başlanılıb

Azərbaycan Kinosu Günü münasibətilə bu gündən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.

"Report"un məlumatına görə, bu münasibətlə Nizami Kino Mərkəzində xüsusi açılış tədbiri təşkil olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin rəsmiləri, ölkənin kino ictimaiyyəti və media mənsubları iştirak ediblər.

Çıxışlarda Azərbaycanda kino sahəsində son illərdəki islahatlardan, eləcə də yaradıcı prosesə dövlət dəstəyindən bəhs olunub.

Qeyd olubub ki, Kino Agentliyi tərəfindən hər il 10 tammetrajlı filmin çəkilməsi və təqdim edilməsi hazırkı prioritetlərdən biridir.

Çıxışlardan sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkil etdiyi "Sən, ey uşaqlıq" tammetrajlı bədii film ssenari müsabiqəsinin qaliblərinin mükafatlandırılması baş tutub.

Tədbirin yekununda bu il istehsalata buraxılan iki yeni ekran əsəri nümayiş olunub.

"Eyni yağışın altında" cizgi filmi və "Divarın o üzündə" adlı qısametrajlı film ilk dəfə tamaşaçılara təqdim olunub.

Məlumat üçün bildirək ki, Azərbaycan Kinosu Günü münasibətilə tədbirlər avqustun 2-dək davam edəcək.