XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 300-dən çox tədbir keçiriləcək
- 21 oktyabr, 2026
- 12:29
Yeniliklərdən dərhal xəbərdar olun!
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində 7 gün ərzində 300-dən çox müxtəlif səpkili tədbir keçiriləcək.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov sərgi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, tədbirlər əsasən yerli və xarici yazarlarla görüşlərin keçirilməsi istiqamətində olacaq:
"Bununla yanaşı, həm də müxtəlif mövzulara həsr olunmuş, xüsusilə də ədəbiyyatın təbliği, təqdimatı mövzusunda yerli və beynəlxalq səviyyəli tədbirlər, konfranslar da keçiriləcək".
F.Cəfərov əlavə edib ki, nəşriyyatlar arasında işgüzar görüşlərin keçirilməsi üçün sərgidə xüsusi guşə ayrılıb. O, sərgiyə marağın kifayət qədər yüksək olduğunu vurğulayıb:
"İştirak baxımından əvvəlki illərə nisbətən ən yüksək rəqəmlərin olduğunu deyə bilərik. Yerli iştirakçılar sırasında 148 nəşriyyat və təşkilat burada stendlə təmsil olunur. Həmçinin beynəlxalq iştirakçılıqda da artım müşahidə olunmaqdadır. Belə ki, sərgidə 32 ölkədən 59 nəşriyyat və təşkilat təmsil olunur".