Vüqar Hümbətov: Attestasiya prosesində müəllimlərin ixtisasına aid olmayan sual yoxdur

Mədəniyyət siyasəti
  • 05 fevral, 2026
  • 11:37
Vüqar Hümbətov: Attestasiya prosesində müəllimlərin ixtisasına aid olmayan sual yoxdur

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində keçirilən attestasiya prosesində müəllimlərin ixtisasına və tədris etdiyi fənnə aid olmayan sual və materiallar yoxdur.

"Report" xəbər verir ki, bunu nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Vüqar Hümbətov jurnalistlərə açıqlamaslnda deyib.

Onun sözlərinə görə, attestasiya proqramı bir ildən çoxdur müəllimlərə təqdim olunub:

"Əlavə olaraq, bu müddət ərzində həm onlayn, həm də regionlarda ekspertlərin iştirakı ilə görüşlər təşkil olunub".

Vüqar Hümbətov bildirib ki, ekspertlər tərəfindən 3 əleyhinə, 2 lehinə səslə attestasiya prosesindən keçməyən müəllimlər əlavə təlimlərə cəlb olunub:

"Ötən il 233 nəfər təlimə cəlb edilib, onlardan 118 nəfəri imtahanda iştirak edib, 20 nəfər uğurlu nəticə göstərərək işinə bərpa edilib. Bu il də eyni qaydada proses davam etdiriləcək".

44 filmi