VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
- 28 oktyabr, 2026
- 18:43
Yeniliklərdən dərhal xəbərdar olun!
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.
"Report"un məlumatına görə, mərasimdə BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi, BMT-nin islamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, mədəniyyət naziri Adil Kərimli, forumda iştirak edən qonaq ölkə və təşkilatların rəsmiləri, eləcə də digər qonaqlar, mədəni-ictimai xadimlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər forum çərçivəsində keçirilən panel müzakirələrinin və plenar sessiyaların qlobal sülhün, qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası inteqrasiyanın möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Qeyd olunub ki, dünya miqyasında artan gərginliklər və fərqli ideoloji ziddiyyətlər fonunda Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər platforma fərqli sivilizasiyalar arasında körpü salınmasına, dini və mədəni müxtəlifliyin qorunmasına misilsiz töhfələr verir.
Yekunda forumun yüksək təşkilatçılığı üçün Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür ifadə olunub.
Çıxışların ardınca mərasim bədii hissə ilə davam edib.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçılarının sabah Qarabağa səfəri nəzərdə tutulub.