UNESKO-da İmadəddin Nəsiminin 650 illiyi qeyd ediləcək

Mədəniyyət siyasəti
  • 03 oktyabr, 2019
  • 13:32
UNESKO-da İmadəddin Nəsiminin 650 illiyi qeyd ediləcək

UNESKO-da Azərbaycanın dahi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi münasibətilə oktyabrın 16-da tədbir keçiriləcək. 

“Report”un Fransa bürosu xəbər verir ki, tədbir qurumun baş qərargahında baş tutacaq.

Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə “Bahariyyə” muğam konserti təşkil olunacaq.