Sultan Raev: Poeziya və mədəniyyət türk xalqlarını mənəvi cəhətdən birləşdirir
- 17 iyul, 2026
- 15:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Poeziya və mədəniyyət türk xalqlarını mənəvi cəhətdən birləşdirir.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Vaqif Poeziya Günləri çərçivəsində "Sözün sabahı: Türk dünyasının gənc şairlər festivalı"nda deyib.
O, bu gün Şuşada və Ağdamda ortaq tarix, dil, mədəniyyət və gələcəyə inamı bir daha möhkəmləndirdiklərini bildirib:
"Dövlətləri sərhədlər ayırsa da, mədəniyyət, incəsənət və poeziya onları mənəvi cəhətdən birləşdirir. Türk dünyasının ortaq yaddaşını yaşadan ən güclü dəyərlərdən biri ədəbiyyatdır. Bu böyük ədəbi ənənə bizi ortaq bir sivilizasiya çətiri altında bir araya gətirir. TÜRKSOY olaraq ortaq mədəni irsimizi gələcək nəsillərə çatdırmağı ən mühüm vəzifələrimizdən biri hesab edirik".
Sultan Raev Vaqif Poeziya Günləri çərçivəsində yaranacaq əsərlərin kitab halında nəşr olunmasının da xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.