Səfir: "Tacik tikmə dünyası" Azərbaycanla mədəni əlaqələrin möhkəmlənməsinin simvoludur

Mədəniyyət siyasəti
  • 25 sentyabr, 2025
  • 20:43
Səfir: Tacik tikmə dünyası Azərbaycanla mədəni əlaqələrin möhkəmlənməsinin simvoludur

Bu gün Bakıda keçirilən "Tacik tikmə dünyası" sərgisi Tacikistan və Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın möhkəmlənməsini simvolizə edir.

"Report" xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon Azərbaycan Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyi ilə birgə təşkil olunan sərginin açılış mərasimində deyib.

"Keçirilən tədbirlər, o cümlədən sərgilər, ustad dərsləri, musiqi çıxışları xalqlarımıza bir-birini daha yaxından tanımaq, təcrübə mübadiləsi aparmaq, yaradıcılıq, tarix və mədəniyyət sahələrində qarşılıqlı anlaşmanı dərinləşdirmək imkanı verir", - səfir qeyd edib.

O, həmçinin əlavə edib ki, layihə Tacikistan hökuməti və Tacikistan Milli Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi və Azərbaycan Mədəniyyət Nazirliyinin birgə səyləri ilə həyata keçirilir. "Bu, iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndiyini nümayiş etdirir", - İlhom Abdurahmon söyləyib.

Son xəbərlər

Bütün Xəbər Lenti