Səadət Yusifova: Türk dünyasının ortaq irsinin qorunması prioritet məsələdir
- 02 iyul, 2026
- 10:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk dünyasının ortaq irsinin qorunması mühüm əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən "Türk Dünyası Milli Kitabxanaları Birliyi"nin təqdimatı, "Birinci Türkoloji Qurultay Stemoqrafik hesabat" və "Birinci Türkoloji Qurultay Bibilioqrafiya" kitablarının təqdimatında deyib.
Onun sözlərinə görə, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın elmi irsi bu gün də böyük əhəmiyyət daşıyır:
"Tədbirin Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycan Türk dünyasının zəngin tarixi və mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm rol oynayır".
S.Yusifova bildirib ki, Türk Dünyası Milli Kitabxanalarının əməkdaşlığının genişləndirilməsi, virtual oxu zalının yaradılması və elmi seminarların təşkili gələcək fəaliyyətin əsas istiqamətlərindən olacaq.
O vurğulayıb ki, təqdim olunan hər iki nəşr Azərbaycan Milli Kitabxanasının mühüm elmi fəaliyyətinin nəticəsidir:
"Milli-mənəvi dəyərlərin qorunması və tarixi irsin yaşadılması davamlı və vacib bir prosesdir".