Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Gürcüstanda nəşr olunub

Mədəniyyət siyasəti
  • 01 iyul, 2021
  • 12:53
Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Gürcüstanda nəşr olunub

“Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub .

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən "Report"a verilən məlumata görə, “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.

Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, ön sözün müəllifi isə professor Xəlil Yusiflidir.

44 - Tezliklə