Nazirlik məktəb direktorunu mükafatlandırıb
Mədəniyyət siyasəti
- 05 avqust, 2015
- 10:38
Bakı. 5 avqust. REPORT.AZ/ Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin direktoru İkram Atabala oğlu Manafov 50 yaşı tamam olması münasibətilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Fərman"ı ilə təltif olunub və mükafatlandırılıb. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Qeyd edək ki, İkram Manafov 30 ildən çoxdur mədəniyyət və musiqi təhsili sahəsində çalışır, 2001-ci ildən Abşeron rayon Xırdalan şəhər Uşaq Musiqi Məktəbinə rəhbərlik edir. 2006-cı ildə Azərbaycan Prezidentinin sərəncamı ilə İkram Manafov Abşeron rayonunun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə (mədəniyyət sahəsində) "Tərəqqi" medalı ilə təltif edilib.
Son xəbərlər
08:08
ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib
Digər ölkələr07:56
Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
Digər ölkələr07:45
Tərtərdə kişi su kanalında boğulub
Hadisə07:28
Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb
Region07:14
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
Region06:57
"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
Digər ölkələr06:40
PSJ "Park de Prens"dəki qazonun vəziyyətinə görə 150 min avro cərimələnib
Futbol06:12
"Süleymançılar" dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib
Region05:40