Naxçıvanda 9 musiqi məktəbinin adı dəyişdirilib
- 06 oktyabr, 2025
- 13:04

Naxçıvan Muxtar Respublikasında (MR) bir sıra musiqi təhsili müəssisələrin adları dəyişdirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan MR Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinin mövcud təcrübəyə əsaslanaraq adları dəyişdirilib.
Muxtar respublika mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Naxçıvan MR Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 9 musiqi məktəbinin adı aşağıdakı kimi dəyişdirilib:
1. "Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbi"nin adı dəyişdirilərək "Naxçıvan Şəhər 2 nömrəli İncəsənət Məktəbi";
2. "Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Naxçıvan Şəhər Səfər Rəcəbov adına 3 nömrəli İncəsənət Məktəbi";
3. "Naxçıvan Şəhər Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi"nin adı dəyişdirilərək "Naxçıvan Şəhər Ərtoğrol Cavid adına 6 nömrəli İncəsənət Məktəbi";
4. "Şərur Şəhər Bəhruz Kəngərli adına Uşaq İncəsənət Məktəbi"nin adı dəyişdirilərək "Şərur Şəhər Bəhruz Kəngərli adına İncəsənət Məktəbi";
5. "Ordubad Şəhər Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Ordubad Şəhər İncəsənət Məktəbi";
6. "Qıvraq Qəsəbə Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Qıvraq Qəsəbə İncəsənət Məktəbi";
7. "Şahbuz Rayon Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Şahbuz Şəhər İncəsənət Məktəbi";
8. "Babək Rayon Uşaq Musiqi Məktəbi" adı dəyişdirilərək "Babək Şəhər İncəsənət Məktəbi";
9. "Culfa Şəhər Uşaq Musiqi Məktəbi"nin adı dəyişdirilərək "Culfa Şəhər İncəsənət Məktəbi" adlandırılıb.
