Mərkəz direktoru: "Azərbaycanı dünyada multikulturalizmin əsas ünvanı kimi tanıyırlar"

Mədəniyyət siyasəti
  • 15 mart, 2022
  • 08:09
Mərkəz direktoru: Azərbaycanı dünyada multikulturalizmin əsas ünvanı kimi tanıyırlar
Rəvan Həsənov

"Azərbaycanı dünyada multikulturalizmin əsas ünvanı kimi tanıyırlar".

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov "Mənəvi İntibah” sənədli filminin təqdimatında deyib.

Onun sözlərinə görə, Azərbaycanın irəli sürdüyü konsepsiya Azərbaycanın qanunvericilik aktlarında - Konstitusiyasında, qanunlarında, xarici və daxili siyasətində öz əksini tapıb.

Direktor vurğulayıb ki, Azərbaycanda tolerantlıq, dini icmalar arasında birlik və bərabərlik mövcuddur.

"Mənəvi İntibah” sənədli filmindən danışan R.Həsənov qeyd edib ki, ekran əsərinin xristian icmasının təşəbbüsü ilə ərsəyə gəlməsi də bir mesajdır.

Rəvan Əziz