Mədəniyyət Nazirliyi müstəqil teatrlara maliyyə dəstəyi mexanizmləri hazırlaya bilər
- 28 yanvar, 2026
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Mədəniyyət Nazirliyi müstəqil teatrlara maliyyə dəstəyi mexanizmlərini hazırlaya bilər.
Bu barədə "Report"a müsahibəsində Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova deyib.
Onun sözlərinə görə, "2026–2030-cu illər üçün Konsepsiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na əsasən, dövlət teatrları ilə yanaşı, özəl teatr fəaliyyətinin də təkmilləşdirilməsi nəzərdə tutulur:
"Məhz bu mərhələdə müstəqil teatrlara maliyyə dəstəyi mexanizmləri düşünüləcək".
Nazirlik rəsmisi müstəqil teatrların fəaliyyətinə Mədəniyyət Nazirliyi tərəfindən daimi və xüsusi diqqət olduğunu da əlavə edib:
"Müraciət edən teatrlara mövcud imkanlar yaradılır və müvafiq dəstəklər də göstərilir".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.