"Macarıstan və Azərbaycanın yaraşığı" adlı fotosərginin nümayişi olub

Mədəniyyət siyasəti
  • 24 may, 2017
  • 09:36
Macarıstan və Azərbaycanın yaraşığı adlı fotosərginin nümayişi olub
Report.az

Bakı. 24 may. REPORT.AZ/ Bakıda, Müasir İncəsənət Muzeyində "Macarıstan və Azərbaycanın yaraşığı" adlı fotosərginin nümayişi keçirilib.

"Report" xəbər verir ki, sərgi Macarıstan və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə həsr edilib.

Sərgidə Macarıstanın bölgələri Azərbaycanın bölgələri ilə yanaşı yerləşdirilib.

Səfir İmre Laslostki bildirib ki, şəkillər iki ölkə arasındakı qardaşlıq münasibətlərini əks etdirir: "Şəkillərdə siz həm Azərbaycan, həm də Macarıstanın bölgələrini görə bilərsiniz. Bunlar iki ölkənin qardaş olmasının simvoludur".

O deyib ki, iki ölkə arasında ticarət əlaqələrinin də genişlənəcəyi gözlənilir: "Regiondakı böhrana baxmayaraq, yaxın 5 ildə Azərbaycan-Macarıstan arasında ticarət əlaqələrində artım tendensiyası gözlənilir".