"Lima Metropolitana"ya Azərbaycana aid iki kitab hədiyyə edilib
- 17 sentyabr, 2026
- 08:38
Yeniliklərdən dərhal xəbərdar olun!
"Lima Metropolitana" kitabxanasına Azərbaycanla bağlı iki kitab hədiyyə edilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Perudakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Səfirliyimiz tərəfindən Lima Metropolitana Kitabxanasına Azərbaycanın zəngin mədəni irsini əks etdirən "Azerbaijan"s Heritage on UNESCO Lists" və "Azerbaijani Carpets, The Dance of Loops" adlı iki kitab hədiyyə edilib", - paylaşımda bildirilib.
Kitabları "Lima Metropolitana"ya Azərbaycanın Perudakı səfirliyinin müvəqqəti işlər vəkili Gültən Qafqazlı-Novruzova hədiyyə edib.
📚 Səfirliyimiz tərəfindən Lima Metropolitana Kitabxanasına Azərbaycanın zəngin mədəni irsini əks etdirən “Azerbaijan’s Heritage on UNESCO Lists” və “Azerbaijani Carpets, The Dance of Loops” adlı iki kitab hədiyyə edilmişdir.#Azerbaijan #Peru #CulturalHeritage #UNESCO… pic.twitter.com/muHhduQMU1
— Embajada de Azerbaiyán en Perú (@AzDipPeru) September 17, 2026