Laçın Şəhər Günü münasibətilə xüsusi konsert proqramı təşkil edilib

Mədəniyyət siyasəti
  • 26 avqust, 2026
  • 18:26
Laçın Şəhər Günü münasibətilə xüsusi konsert proqramı təşkil edilib

Laçında 26 avqust - Laçın Şəhər Günü münasibətilə xüsusi konsert proqramı təşkil edilib.

"Report"un Laçına ezam edilən əməkdaşı xəbər verir ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Prezidentinin Laçındakı xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən konsertdə sakinlərə müxtəlif milli musiqi və rəqslər təqdim olunub.

Konsert proqramı çərçivəsində Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solistləri, müğənnilər Yusif Cəfərbəyli, Vəfa Vəzirova, Taleh Yahyayev, Elza Seyidcahan, Humay Aslanova, Almaz Orucova, Nurlana Abdullayeva və Talıb İsgəndərli iştirakçılara rəngarəng musiqi kompozisiyaları və maraqlı rəqs nümunələri nümayiş etdiriblər.