Koronavirusla bağlı "İçərişəhər"ə turist axınında dəyişiklik olmayıb

Mədəniyyət siyasəti
  • 03 mart, 2020
  • 07:49
Koronavirusla bağlı İçərişəhərə turist axınında dəyişiklik olmayıb
Riyad Qasımov
Report

"Koronavirusun qarşısının alınması məqsədi ilə dövlət səviyyəsində tədbirlər görülür.

Bu virusla bağlı "İçərişəhər"ə turist axınında dəyişiklik hiss etməmişik".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq İdarəsinin aparat rəhbəri Riyad Qasımov deyib.

"Ümid edirik ki, tədbirlər nəticəsində virus bizə "İçərişəhər"ə turist axınına böyük təsir etməyəcək", - R.Qasımov əlavə edib.

Aparat rəhbəri bildirib ki, hər il olduğu kimi martın 19-dan 29-dək Novruz bayramı ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsinə məhdudiyyət qoyulmayacaq:

"Bildiyiniz kimi, Novruz ərəfəsində ölkəmizə iranlı turistlər də axın edir. Biz çalışacağıq ki, turistlərlə bağlı hər hansı şübhəli məqama rast gəlinərsə, müvafiq dövlət qurumlarına məlumat verilsin".

R.Qasımov "İçərişəhər" Dövlət Tarix-Memarlıq İdarəsinin tabeliyində olan muzeylərin daim dezinfeksiya edildiyini bildirib.

44 - Tezliklə