Kəlbəcər Şəhəri Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub - YENİLƏNİB

Mədəniyyət siyasəti
  • 25 noyabr, 2025
  • 18:45
Kəlbəcər Şəhəri Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub - YENİLƏNİB

Kəlbəcər Şəhəri Günü konsert proqramı və atəşfəşanlıqla qeyd olunub.

"Report"un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, gün ərzində təqdim olunan tamaşa və sərgilərin ardınca incəsənət xadimlərinin iştirakı ilə musiqi kompozisiyası nümayiş edilib.

Proqramda təqdim olunan bəstəkar və xalq, eləcə də aşıq mahnıları gecəyə xüsusi rəng qatıb.

Konsertin yekununda qələbənin simvolu kimi Kəlbəcər dağlarının zirvəsində üç tonqal qalanıb və atəşfəşanlıq nümayiş olunub.

Kəlbəcər Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq.

"Report"un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, gün ərzində kiçik tamaşa parçalarının və müxtəlif səpkili sərgilərin nümayişi də nəzərdə tutulur.

Bu gün axşam saatlarında isə incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı və daha sonra atəşfəşanlıq olacağı planlaşdırılır.

Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən təşkil olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti