Kəlbəcər Şəhər Günü çərçivəsində sərgi və stendlərlə tanışlıq olub
- 25 noyabr, 2025
- 16:37
Kəlbəcər Şəhər Günü çərçivəsində sərgi və stendlərlə tanışlıq olub.
"Report"un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, təqdimatda mədəniyyət naziri Adil Kərimli, Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyevlə yanaşı, nazirlik və nümayəndəlik əməkdaşları, mədəniyyət və incəsənət xadimləri, Kəlbəcər şəhər sakinləri iştirak edib.
Təqdimat zamanı Azərbaycan Fotoqraflar Birliyinin "Kəlbəcər - obyektivdən tarixə" fotosərgisi, Azərbaycan Milli Xalça Muzeyinin " Yaddaş" sərgisi, "Kəlbəcərin palitrası" adlı sərgi və ustad dərsləri, həmçinin ənənəvi sənətkarlıq sərgisi nümayiş olunub.
Qonaqlara sərgilər və nümayiş olunan eksponat və fotoeksponatlar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, tədbir Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən təşkil olunub.