Əbülfəs Qarayev Naftalanda vətəndaşları qəbul edəcək
- 09 mart, 2018
- 15:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Naftalan şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, martın 15-i saat 11:00-da Naftalan şəhəri Heydər Əliyev Mərkəzində ( Şıxəli Qurbanov küçəsi, 1) keçiriləcək qəbulda Gəncə, Naftalan şəhərlərindən, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşlar iştirak edəcəklər.
Vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
| Sıra№-si | Şəhər (rayon) | əlaqələndiricişəxs | əlaqətelefonu |
| 1. | Gəncə şəhəri | Sənan Hacıyev | (0-22) 266-29-48(050) 264-11-88 |
| 2. | Naftalan şəhəri | Zöhrab Adıgözəlov | (0-22) 352-30-56(055) 330-29-23 |
| 3. | Goranboy rayonu | Gündüz Hacıyev | (022) 245-31-26(050) 364-94-26 |
| 4. | Samux rayonu | Süleyman Əliyev | (022) 275-11-39(050) 687-58-43 |
| 5. | Xocalı rayonu | Ruslan Bəşirov | (022) 247-47-31(050) 584-07-09 |
| 6. | Kəlbəcər rayonu | Hacı Əmrahov | (0-22) 267-50-19(050) 441-84-82 |