Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşları qəbul edəcək

Mədəniyyət siyasəti
  • 09 dekabr, 2015
  • 15:50
Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşları qəbul edəcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata əsasən, qəbul dekabrın 18-də saat 11:00-da Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində keçiriləcək. Görüşdə Kürdəmir, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Ağdam, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services elektron xidmətlər portalı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli - Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur