Əbülfəs Qarayev Hacıqabulda vətəndaş qəbulu keçirəcək
- 06 dekabr, 2018
- 13:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 dekabr. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Hacıqabul şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, dekabrın 14-də saat 11:00-da Hacıqabul şəhər Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 7) keçiriləcək qəbulda Şirvan şəhərinin, Sabirabad, Hacıqabul, Saatlı, Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinləri iştirak edəcəklər.
Vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.
| Sıra №-si | Şəhər (rayon) | Əlaqələndirici şəxs | Əlaqə telefonu |
| 1 | Hacıqabul rayonu | Elnur Əmiraslanov | (02120) 4-10-06, (050) 214-12-08 |
| 2 | Sabirabad rayonu | Əhməd Ramazanov | (02123) 5-64-34, (050) 252-05-52 |
| 3 | Şirvan şəhəri | Əziz Abbasov | (02121) 5-06-46, (050) 347-96-66 |
| 4 | Saatlı rayonu | Şərqiyyə Şahpələngova | (02128) 5-20-53, (050) 381-14-89 |
| 5 | Kürdəmir rayonu | Elman Məmmədov | (02025) 5-04-14, (050) 530-11-55 |
| 6 | Beyləqan rayonu | Nazim Mirzəyev | (02122) 5-15-09, (050) 308-33-99 |
| 7 | İmişli rayonu | Nazim Əzimov | (02124) 6-61-89, (050) 389-40-31 |
| 8 | Füzuli rayonu | Elşad Cəfərov | (02631) 5-54-64, (050) 334-04-39 |
| 9 | Xocavənd rayonu | Aqil Cəfərov | (02122) 3-54-12, (050) 579-74-84 |