Bakıda rumıniyalı heykəltəraşın işlərinin fotosərgisi keçiriləcək

Mədəniyyət siyasəti
  • 08 yanvar, 2018
  • 12:00
Bakıda rumıniyalı heykəltəraşın işlərinin fotosərgisi keçiriləcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakıda rumıniyalı heykəltəraşın işlərinin fotosərgisi keçiriləcək.

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Konstantin Brankuzinin "Zaman üzərində qövs" (“Constantin Brâncuși – Arch Over Time”) adlı ekspozisiyası Rumıniya Mədəniyyət Gününə həsr olunub.

Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dəstəyi ilə təşkil olunacaq.

Sərginin açılışı yanvarın 15-də saat 11:30-da Akademiyanın Muzeyində keçiriləcək.