Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib - YENİLƏNİB

Mədəniyyət siyasəti
  • 19 sentyabr, 2026
  • 12:03
Bakıda I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib - YENİLƏNİB

Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.

Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir.

"Report"un məlumatına görə, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edir.

Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Festival sentyabrın 30-dək davam edəcək. Bu çərçivədə müxtəlif konsertlər və musiqi tədbirlərinin keçirilməsi nəzərdə tutulub.