Bakı şəhəri üzrə Novruz Bayramı Təqvimi açıqlanıb - SİYAHI
Mədəniyyət siyasəti
- 06 mart, 2018
- 11:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 mart. REPORT.AZ/ Bakı şəhəri üzrə Novruz Bayramı Təqvimi açıqlanıb.
"Report" Mədəniyyət və Turizm Nazirliyinə istinadən Novruz bayramı ərəfəsində Bakı şəhəri ərazisində keçiriləcək Novruz tədbirləri haqqında məlumatları təqdim edir:
| Beynəlxalq Novruz gününə həsr olunmuş ümümxalq şənliyi İçərişəhər və Bulvar ərazisində keçiriləcək şənlikdə pəhləvanlar, pantomima artistləri, skripkaçılar, zurnaçılar, kəndirbaz və sehirbazlar öz məharətini göstərəcək, uşaq teatrının artistləri, bədii və tarixi personajlar, müxtəlif ölkələrin xalq və əfsanəvi qəhrəmanlarının canlı obrazları, Novruz bayramının əsas qəhrəmanları olan Kosa və Keçəlin iştirakı isə şənliyə qatılan insanlara əsl bayram əhvali-ruhiyyəsi yaşadacaq. | 19 mart |
| Novruz Bayramı festivalı – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçiriləcək festivalda Azərbaycanla yanaşı, bu bayramı qeyd edən ölkələrin nümayəndələri də iştirak edirlər. Festival çərçivəsində Qoşa Qala Qapısı meydanında "Meydan Bazarı" təşkil olunur. Yerli və xarici ölkə nümayəndələrinin iştirak etdiyi "Meydan Bazarı"nda hər bir ölkənin mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənir. | 20-26 mart |
| Novruz Bayramı festivalı – "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da həm uşaq, həm də böyüklər üçün rəngarəng konsert proqramı və müxtəlif oyunlarla dolu Novruz şənlikləri keçiriləcək. | 20-21 mart |
| Fəvvarələr Meydanında Novruz Festivalı Novruz Festivalı çərçivəsində yeddi gün ərzində Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox kollektivin iştirakıyla Fəvvarələr Meydanında konsert proqramı təqdim ediləcək. Sənətkarlar öz əl işlərini nümayiş edəcək, milli mətbəxin nümunələrini dadmaq imkanı yaradılacaq. Həmçinin pəhləvanlar, akrobatlar, sehrbazlar çıxış edəcək. | 20-26 mart |
Son xəbərlər
05:42
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Digər ölkələr
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr