Bakı Dövlət Sirkinin direktoru işdən çıxıb

Mədəniyyət siyasəti
  • 16 iyun, 2022
  • 09:22
Bakı Dövlət Sirkinin direktoru işdən çıxıb

Bakı Dövlət Sirkinin direktoru işdən çıxıb.

Bu barədə “Report”a sirkdən məlumat verilib.

Bildirilib ki, sirkin direktoru Elmir Hüseynov öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Hazırda sirkin idarə edilməsi direktor müavini Nahid Ağayevə həvalə olunub.

Qeyd edək ki, E.Hüseynov 2021-ci ilin fevral ayında Bakı Dövlət Sirkinin direktoru vəzifəsinə təyin olunmuşdu.