Azərbaycan xalçaları Hannover sərgisində nümayiş olunur

Mədəniyyət siyasəti
  • 16 yanvar, 2017
  • 09:20
Azərbaycan xalçaları Hannover sərgisində nümayiş olunur

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan xalçaları Almaniyanın Hannover şəhərində keçirilən DOMOTEX beynəlxalq satış sərgisində nümayiş etdirilir. 

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sərgidə Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələri- İrəvan, Naxçıvan, Qarabağ, Bakı, Təbriz, Gəncə, Quba, Şirvan və Qazax-Borçalı xalçaları nümayiş olunur.

Məlumata görə, ilk dəfə Hannover sərgisində iştirak edən “Azərxalça”nın məhsullarını sərgi iştirakçıları böyük maraqla qarşılayıblar.

Sərgidə iştirak edən nümayəndə heyətinə “Azərxalça” ASC-ni sədr müavini Orxan Rzayev rəhbərlik edir. 

Sərgi yanvarın 17-dək davam edəcək.

Qeyd edək ki, DOMOTEX beynəlxalq sərgisi ilk dəfə 1989-cu ildə keçirilib. O vaxtdan bu yana hər il dünyanın xalçaçılıq sahəsinin aparıcı istehsalçıları, topdan və pərakəndə satış təmsilçiləri , interyer dizaynerləri, memarlar Almaniyanın Hannover şəhərində keçirilən ənənəvi xalça satış sərgisində bir araya gəlirlər. DOMOTEX xalça bazarının müasir vəziyyətini, bu sahədə olan texnoloji nailiyyətləri öyrənmək baxımından geniş imkanlar yaradır. 

44 - Tezliklə