Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib

Mədəniyyət siyasəti
  • 30 sentyabr, 2021
  • 14:57
Azərbaycan Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edib

24-27 sentyabr 2021-ci il tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Ekspo Mərkəzində 34-cü Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib.

"Report" xəbər verir ki, sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, əməkdaşlar İslam Hüseynov və Kamran Musayev iştirak ediblər.

Sərgidə bir sıra ölkələr və 200-dən çox nəşriyyatlar iştirak edib. Sözügedən tədbirdə Azərbaycan mədəniyyətini, ədəbiyyatını, incəsənətini, tarixini və coğrafiyasını əks etdirən Milli Kitabxananın hədiyyə fondunda saxlanılan və ölkənin qabaqcıl nəşriyyatlarından əldə olunan Azərbaycan, rus və ingilis dillərindəki 200 adda kitablar sərgilənib.

Tədbirdə Xalq yazıçısı Anar və Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin nümayəndəsi Nigar Axundova iştirak ediblər.

Həmçinin, sərgi boyunca maraqlananlara nümayəndə heyəti tərəfindən tariximiz, Qarabağ həqiqətləri, şanlı qələbəmiz, mədəniyyətimiz haqqında ətraflı məlumat verilib və bəzi kitablar Azərbaycan stendinin ziyarətçilərinə hədiyyə edilib.

Eyni zamanda sərgi çərçivəsində tədbirin iştirakçılarına cari ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi haqqında məlumat verilmişdir. Gənc oxucular sərgi-yarmarkada Nizami haqqında nəşrlərə böyük marağ göstəriblər.

Sərgidə Rusiyanın Milli Kitabxanasının, Elmlər Akademiyasının bəzi institutlarının, bir sıra ali təhsil müəssisələrinin və digər dövlət qurumlarının nümayəndələri Azərbaycan stendində sərgilənən bir çox kitablara diqqət göstərib.

44 - Tezliklə