Anar Kərimov yaradıcı təşkilatları və ictimai birlikləri fəal olmağa çağırıb

Mədəniyyət siyasəti
  • 17 sentyabr, 2020
  • 12:50
Anar Kərimov yaradıcı təşkilatları və ictimai birlikləri fəal olmağa çağırıb
Anar Kərimov

“Yaradıcı təşkilatlar və ictimai birliklərlə bağlı məsələ çox vacibdir. Biz ictimai birliklərin fəaliyyətini daha da canlandırmalıyıq”.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov deyib.

O, yaradıcı təşkilatları və ictimai birlikləri Mədəniyyət Nazirliyinə layihə təqdim etməyə çağırıb: “Belə olsa, biz də onlara maliyyə vəsaitinin ayrılması üçün köməklik edə bilərik”.

44 filmi