Adil Kərimli: Üzeyir Hacıbəyovun musiqi irsi Azərbaycanın milli sərvətidir
- 18 sentyabr, 2026
- 10:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Üzeyir Hacıbəyovun musiqi irsi Azərbaycanın milli sərvətidir.
"Report"un məlumatına görə, bunu mədəniyyət naziri Adil Kərimli Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı və Milli Musiqi Günü münasibətilə görkəmli Azərbaycan musiqiçisi Üzeyir Hacıbəyovun Fəxri xiyabandakı məzarını ziyarət edərkən deyib.
A.Kərimli dahi bəstəkarın musiqi irsini yaşatmağın zəruriliyini bildirib:
"Biz bu irslə qürur duyuruq. Üzeyir Hacıbəyov dünya musiqi xəzinəsində böyük bir incidir. Bizim öhdəliyimiz bu irsri, bu incini gələcək nəsillərə ötürmək və yaşatmaqdır".
Nazir daha sonra sözügedən festivalın zəngin proqramına toxunaraq tədbirdəTürk dünyası musiqiçilərinin iştirakını mədəni birlik nümunəsi kimi dəyərləndirib:
"Mədəniyyət xalqları birləşdirən ən böyük dəyərdir. Sevincidirici haldır ki, belə bir gündə Türk dünyasının mədəni irsi bir aradadır".