Türkiyə Diyanət İşləri sədrinə 1 milyon lirəlik avtomobil alınıb

Maraqlı
  • 13 dekabr, 2014
  • 08:28
Türkiyə Diyanət İşləri sədrinə 1 milyon lirəlik avtomobil alınıb

Bakı. 13 dekabr. REPORT.AZ/ Türkiyə Diyanət İşləri Vəqfinin büdcəsindən bir milyon Türk lirəsi (bir lirə 30 qəpikdir) ayrılmaqla qurumun sədri, doktor Mehmet Görməz üçün "Mercedes-S500" markalı xidməti avtomobil alınıb.

"Report"un xəbərinə görə, məlumatı "Hürriyyət" qəzeti yayıb.

Bundan başqa, idarənin baş direktorları üçün 14 ədəd "Toyota" və vəqfə yükdaşıyan mikroavtobuslar da satın alınıb.

Baş direktorların əvvəlki xidməti avtomobilləri "Ford Focus" və "Renault Fluence" olub.

Xəbərdə bildirilib ki, "Diyanet TV" və "Diyanet Radyosu"nda işləyənlərin maaşını da Diyanət Vəqfi verir.