Təhlükəli asteroid Yerin yanından keçdi
Maraqlı
- 05 avqust, 2020
- 18:18
Ölçüləri mütəxəssislər tərəfindən 84-190 metr qiymətləndirilən 2009 PQ1 asteroidi bu gün axşam saatlarında Yer kürəsinin yanından təhlükəsiz şəkildə ötüb keçib.
“Report” xəbər verir ki, bu barədə NASA bildirib.
2009 PQ1 asteroidi saat 20:35-də Yer kürəsindən 4 milyon kilometr məsafədə saniyədə 13,4 kilometr sürətlə uçub.
Bu, Yerlə Ay arasındakı məsafədən yeddi dəfə uzaqdır. Səma cismi gələn dəfə Yer kürəsinə bir də 2137 ildə yaxınlaşacaq.
Qeyd edək ki, həmin asteroid 2009-cu il avqustun 14-də kəşf olunub. Astronomlar onu Apollonlar sinfinə - orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edirlər.
Son xəbərlər
15:39
Futbolçu Devid Ovori naməlum şəxslərin hücumu nəticəsində vəfat edib
Futbol15:38
"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb
Energetika15:37
MİDA-nın tabeliyindəki şirkət ötən il 1 milyon manat xalis mənfəət əldə edib
Maliyyə15:37
Aİ Ukraynadan raket əleyhinə vasitələrin tədarükü ilə bağlı sorğu gözləyir
Digər ölkələr15:34
"Kürü keçək?! 5" yarışında iştirakçı sayı rekord həddə çatıb
Fərdi15:29
Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır
Xarici siyasət15:24
BP Azərbaycanda sosial layihələrə xərclərini 2 dəfədən çox artırıb
Energetika15:23
"Sabah"ın "Orhus"la cavab matçına indiyədək 3600 bilet satılıb
Futbol15:21