​Şotlandiyada göydələnlərin partladılması uğursuz alınıb - VİDEO

Maraqlı
  • 14 oktyabr, 2015
  • 03:13
​Şotlandiyada göydələnlərin partladılması uğursuz alınıb - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Şotlandiyanın Qlazqo şəhərində 1960-cı illərdə inşa olunmuş altı çoxmərtəbəli binanın partladılması prosesi o qədər də uğurlu alınmayıb.

"Report" xəbər verir ki, bu tikililər nə zamansa Avropanın ən hündür binaları, onların yerləşdiyi Red Road rayonu isə şəhərdə ən qabaqcıl yer hesab olunub.

Partlayış o qədər də uğurlu alınmayıb, çünki altı evdən ikisi qismən dağılıb. Yarımçıq qalan binaların ağır mexanikləşdirilmiş texnika ilə dağıdılması planlaşdırılır.

​Şotlandiyada göydələnlərin partladılması uğursuz alınıb - VİDEO