Son 70 ildə ilk dəfə olaraq "Mayn kampf" satışa çıxarılıb
Maraqlı
- 08 yanvar, 2016
- 15:18
Bakı. 8 yanvar. REPORT.AZ/ Almaniyada Adolf Hitlerin "Mayn kampf" kitabının təkrar nəşrinə qoyulan qadağa götürülüb.
"Report"un "Sky News"a istinadən verdiyi xəbərə görə, yanvarın 1-də kitab yenidən satışa çıxarılıb.
59 avroya satılan nəşr 2000 səhifədən ibarətdir.
Avtobioqrafik əsər Münhenin Müasir Tarix İnstitutu tərəfindən buraxılıb. Nəşrdə tədqiqatçıların şərhləri, nasist liderinin ideologiyasının analizi əksini tapıb.
Kitabın tarixçilərin şərhləri olmayan orijinal variantı hələ də qadağandır.
"Mayn kampf" Fransada təkrar nəşr edilib, lakin bir sıra Avropa ölkələrində, o cümlədən Avstriya və Niderlandda hələ də qadağandır.
Son xəbərlər
21:14
Premyer Liqanın Vl turunda "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
Futbol20:50
Foto
Video
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub - YENİLƏNİB
Daxili siyasət20:41
Madrid derbisinin qalibi müəyyənləşib
Futbol20:25
Bloomberg: Supertanker çatışmazlığı uzaq məsafələrə neft tədarükünü əlverişsiz edib
Digər ölkələr20:14
Şahmat Olimpiadası: Azərbaycan kişi komandası Rumıniya ilə heç-heçə edib, qadınlar Serbiyanı üstələyib
Komanda20:09
Foto
Xudutəpə qədim yaşayış məskənində ocaq qurğuları aşkarlanıb
Mədəniyyət siyasəti19:52
Foto
Xocavənd şəhərində atəşfəşanlıq olub
Daxili siyasət19:41
Şimali Koreya iki ballistik raket buraxıb - YENİLƏNİB
Digər ölkələr19:34