Norveç ağıllı eynəklərin parklar, məktəblər və tibb müəssisələrində istifadəsinə qadağa qoymağı planlaşdırır

Maraqlı
  • 05 oktyabr, 2026
  • 11:14
Norveç ağıllı eynəklərin parklar, məktəblər və tibb müəssisələrində istifadəsinə qadağa qoymağı planlaşdırır

Norveç hökuməti parklar, məktəblər, muzeylər, tibb müəssisələri və ticarət mərkəzləri də daxil olmaqla, müəyyən yerlərdə ağıllı eynəklərin istifadəsinə müvəqqəti qadağa tətbiq etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə "Aftenposten" nəşri hökumətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bu sahədə dövlət səviyyəsində mütəmadi tənzimləməyə dair tövsiyələr verəcək ekspert qrupunun yaradılması planlaşdırılır.

Gələcəkdə hökumət bu qadağanın universitetlər, kolleclər və digər təhsil müəssisələrinə şamil edilməsi məsələsini də nəzərdən keçirəcək.

Rəqəmsallaşma və dövlət idarəçiliyi naziri Torgeyr Mikaelsen vəzifəsinin icrasına başladıqdan dörd həftə sonra bu istiqamətdə lazımi tədbirlər görəcəyini bildirib.

"İnsanların xəbəri olmadan fotoşəkil və videolarının çəkilməsi və ya səslərinin yazılması riski yaradan yeni və güclü texnologiyanın tətbiqi məni narahat edir. Buna görə də biz müəyyən yerlərdə ağıllı eynəklərin istifadəsinə müvəqqəti qadağa qoyulmasını təklif edəcəyik", – o qeyd edib.

44 - Tezliklə