Kaliforniya üzərində "qara üçbucaq" görünüb - VİDEO

Maraqlı
  • 21 sentyabr, 2015
  • 22:05
Kaliforniya üzərində qara üçbucaq görünüb - VİDEO

Bakı. 22 sentyabr. REPORT.AZ/ San-Diyeqo səmasında müəmmalı işıqlar müşahidə edilib və hadisənin əks olunduğu video sosial şəbəkədə yayımlanıb.

"Report"un "Mirror"a istinadən verdiyi xəbərə görə, video Kaliforniyada San-Diyeqo sakini tərəfindən lentə alınıb. Görüntüdə gecə vaxtı göy üzərində üçbucaq formasında düzülmüş işıqlar aydın görünür.

Ufoloqların firkincə, işıqlar mifoloji "qara üçbucağı" xatırladır.

Analoji obyektlər 1990-cı ilin martında Belçikada, 1993-cü ildə İngiltərədə, 1997-ci ildə isə Arizona səmasında görünüb.

O zaman İngiltərə Hərbi Hava Qüvvələri naməlun uçan obyekt (UNO) barədə hesabat dərc edərək sənədə "qara üçbucaq" haqda məlumatı da daxıl etmişdilər.

44 - Tezliklə