Goranboyda quyu qazıntısı zamanı qədim olduğu ehtimal edilən əşyalar tapılıb - FOTO
Maraqlı
- 03 dekabr, 2017
- 16:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Goranboy. 3 dekabr. REPORT.AZ/ Goranboyda su quyusu qazıntısı zamanı qədim əşyalar tapılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə 1982-ci il təvəllüdlü rayon sakini Vasif Məmmədovun həyətində qeydə alınıb.
O, həyətinə quyu qazdırmaq üçün traktor gətizdirib. Qazıntı işləri zamanı aqreqatın qarşısında qızıla bənzər əşyalar görünüb. Ev sahibi dərhal traktoru saxladaraq ərazini özü qazmağa başlayıb. Qazıntı zamanı quyudan qədim olduğu ehtimal edilən və çəki daşlarını xatırladan əşyalar, həmçinin mis və gümüş pullar çıxıb. Ev sahibinin dediyinə görə, həmin ərazidə belə əşyalar və dəyərli pulların çox olacağı ehtimalı var. Ərazidə ev sahibi və yaxınları tərəfindən qazıntı işi davam etdirilir.
Son xəbərlər
06:26
Çin Si Cinpin, Tramp və Putinin görüşünü təsdiqləyib
Digər ölkələr
05:58
"Politico": Seçkilərdə məğlubiyyətdən sonra Trampın ətrafında parçalanma yaranıb
Digər ölkələr
05:31
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib
Digər ölkələr
05:21
FT: Jensen Huanq "Nvidia"nın baş direktoru vəzifəsinə qayıda bilər
Biznes
04:51
Foto
Türkiyədə bir neçə ev yanıb, zərərçəkənlər var
Region
04:18
Foto
Marneulidə azərbaycanlıların kompakt yaşadığı kənddə arxeoloji tədqiqatlar aparılır
Region
03:42
Rusiya və Gürcüstan xüsusi nümayəndələr səviyyəsində birbaşa dialoqu bərpa edirlər
Region
03:04
Foto
Tbilisidə Azərbaycan panteonunda tarixi şəxsiyyətlərin məzarları qarşısında QR kodlar quraşdırılıb
Xarici siyasət
02:33
Amazon peyklərinin olduğu raket buraxılışdan dərhal sonra qəzaya uğrayıb
İKT