Edam olunmuş qaradərili yeniyetmə 70 ildən sonra bəraət alıb
Maraqlı
- 18 dekabr, 2014
- 09:26
Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-da 14 yaşı olanda iki ağdərili qızı öldürdüyü üçün edam edilən qaradərili Georgi Stinney 70 ildən sonra bəraət alıb.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, o, 1944-cü ildə 7 və 11 yaşlarında iki qızı öldürməkdə ittiham olunaraq, barəsində ölüm hökmü çıxarılıb. Şahidlərin ifadəsi əsasında çıxarılan hökm icra edilib.
Həmin məhkəmə prosesi bir gün çəkib. Məhkəmənin qərarını araşdıran hakim Karmen Mullen 1944-cü ildə çıxarılan hökmün ədalətsiz, Stinneyin günahsız olduğunu təsdiqləyib.
Hakim şahidlərin, o cümlədən Georgi Stinneyin bacı və qardaşlarının ifadələrini araşdırdıqdan sonra yeniyetmə müttəhimin günahsız olduğu qərarına gəlib.
Son xəbərlər
00:24
Qahirədə ticarət mərkəzində baş verən partlayışda üç nəfər ölüb, 17 nəfər yaralanıb
Digər ölkələr23:48
Britaniyada meşə yanğınlarında 10 nəfər xəsarət alıb
Digər ölkələr23:15
İtaliyada döyüş sursatı istehsalı zavodunda partlayış baş verib
Digər ölkələr22:54
UEFA Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşib
Futbol22:50
Video
Murad Məmmədov Avropa Liqası matçında "Pafos"un heyətində ilk qolunu vurub
Futbol22:49
İngiltərədə qatar relsdən çıxıb, 11 nəfər xəsarət alıb
Digər ölkələr22:44
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
Futbol22:38
Yunanıstanın Kassandra yarımadasında yanğın səbəbindən 350-yə yaxın şəxs təxliyə edilib
Digər ölkələr22:22