Çində fil 15 avtomobili əzib - VİDEO

Maraqlı
  • 13 fevral, 2016
  • 08:18
Çində fil 15 avtomobili əzib - VİDEO

Bakı. 13 fevral. REPORT.AZ/ Çində qoruqdan kənara çıxan fil turistlərlə dolu əraziyə gələrək onların park edilmiş avtomobillərini əzib.

"Report" "Sinhua"ya istinadən xəbər verir ki, hadisə Çinin cənub-qərbindəki Yuannan vilayətində baş verib.

Çjusunya ləqəbli dişi fil yerli qoruqdan qaçdıqdan sonra 20 dəqiqəyə turistlərlə dolu olan yerə çatıb. Yol kənarında park edilmiş avtomobilləri görən heyvan onları əzə-əzə yoluna davam edib. Fil ümumilikdə 15 nəqliyyat vasitəsinə zərər vurub.

Bir müddət sonra acan fil yenidən qidalanmaq üçün qoruğa geri dönüb.

Çində fil 15 avtomobili əzib - VİDEO

44 - Tezliklə