Cəlilabadda eramızdan əvvələ aid daş kitabə tapılıb - FOTO
Maraqlı
- 06 yanvar, 2019
- 11:00
Cəlilabad. 6 yanvar. REPORT.AZ/ Cəlilabad rayonunun Şatırlı kəndi ərazisində daş kitabə tapılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, tarixi tapıntı yerli tarixçi Elşad Əmənov tərəfindən aşkar edilib.
E.Əmənovun sözlərinə görə, bu kitabə təxminən eramızdan əvvəl I minilliyə aiddir. Həmçinin tarixçi bildirib ki, salnamədəki yazılar tariximizin ilk rəsmi yazı sistemi olan - Runik yazı sistemində yazılıb.
İndiyədək Cəlilabad rayonu ərazisində bu tapıntı da, daxil olmaqla 11 daş yazı nümunəsi aşkar edilib. Onlardan 9-u Runik hərflərlə yazılıb, digər ikisinin qrafiki hələ ki, müəyyən olunmayıb.
Tapıntı Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.
Son xəbərlər
17:21
Layihə rəhbəri: "Pirqulu Park" hoteli ən yüksək standartlara cavab verir
Turizm17:12
Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib
Xarici siyasət17:08
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini yoxlayıb
Maliyyə17:04
Foto
Qazax və Gədəbəydə heyvan bazarları fəaliyyətə başlayıb
Sosial müdafiə16:57
Naxçıvan" ABŞ-dən olan basketbolçu Deşaun Stivensi heyətinə qatıb
Komanda16:51
Neftçaladakı əmlak kompleksi investisiya müsabiqəsinə çıxarılıb
Biznes16:45
Foto
AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır
Sağlamlıq16:42
Elnur Sultanov etimadnaməsinin surətini İsveç XİN-ə təqdim edib
Xarici siyasət16:40