Bu gün Yerə maksimal məsafədə asteroid yaxınlaşacaq
Maraqlı
- 05 avqust, 2020
- 03:58
Ölçüləri mütəxəssislər tərəfindən 84-190 metr qiymətləndirilən 2009 PQ1 asteroidi bu gün axşam saatlarında Yer kürəsinə yaxınlaşacaq.
“Report” xəbər verir ki, bu barədə NASA bildirib.
Mütəxəssislər qeyd edirlər ki, göy cizmi Yer sakinləri üçün heç bir təhlükə törətməyəcək, çünki o, çox uzaq məsafədə uçacaq.
2009 PQ1 asteroidi saat 20:35-də Yer kürəsindən 4 milyon kilometr məsafədə uçacaq. Bu, Yerlə Ay arasındakı məsafədən yeddi dəfə uzaqdır. Səma cismi gələn dəfə Yer kürəsinə bir də 2137 ildə yaxınlaşacaq.
Qeyd edək ki, bu asteroid 2009-cu ilin 14 avqustunda kəşf edilib. O, uçuşu Yer kürəsinin orbitindən keçən "Apollon" asteroidlər qrupuna aiddir.
Son xəbərlər
00:06
SEPAH Hörmüz boğazında ABŞ ilə əlaqəli üç gəmini hədəf alıb
Region23:54
Ağdamda traktor minaya düşüb
Hadisə23:48
Foto
"Baku TV" turistlərin Şuşanın tarix və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Daxili siyasət23:37
İspaniya hökuməti Seutada vəziyyəti nəzarətə götürüb
Digər ölkələr23:01
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Futbol22:45
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
Region22:26
"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Futbol22:24
Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Xarici siyasət22:18