"Bakı Metropoliteni”ndə konsert proqramları keçiriləcək
Maraqlı
- 29 dekabr, 2016
- 19:06
Bakı. 29 dekabr. REPORT.AZ/ Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Bakı Metropolitenində bir sıra konsert proqramları keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev xəbər verib.
O, bildirib ki, metropolitenin stansiyalarında konsert proqramı dekabrın 30-da, saat 13:15-də başlayacaq. "Hər stansiyada 1,5 saat davam etməklə, öncə klassik, daha sonra xalq mahnıları ifa ediləcək" – deyə QSC rəsmisi bildirib.
Nəsimi Paşayev qeyd edib ki, metronun "28 May", "Elmlər Akademiyası", "İçəri şəhər" və bənövşəyi xəttin "Memar Əcəmi" stansiyalarında" 4 gün - 30, 31 dekabr, 1 və 2 yanvar tarixlərində konsert proqramları keçiriləcək.
Son xəbərlər
06:41
Video
ABŞ-nin hücum etdiyi üç İran tankerindən biri Oman körfəzində batıb
Digər ölkələr06:23
Axios: Tramp və Vens Dallasda Respublikaçılar Partiyasının qurultayında çıxış edəcəklər
Digər ölkələr05:50
Britaniya ABŞ-nin sanksiya tətbiq etdiyi iranlının iki penthausunun satışına icazə verib
Digər ölkələr05:17
ABŞ Ekvador narkokartelinin maraqları naminə istifadə olunan gəmiləri batırıb
Digər ölkələr04:41
Tramp: Demokratlar Ağ Evdəki bal zalını sökə bilməyəcək
Digər ölkələr04:02
Pit Heqset İranı hədələyib: Tankerlərini məhv edəcəyik və batıracağıq
Digər ölkələr03:37
İran ordusu ABŞ-nin aviadaşıyıcısına ballistik raketlərlə zərbələr endirib
Region03:11
Ronaldu "Əl-Nəsr"lə mövsümdə ilk məğlubiyyətini alıb
Futbol02:41