ABŞ startapı Ayda hotellər tikəcək
- 13 yanvar, 2026
- 14:27
San-Fransiskonun (ABŞ, Kaliforniya ştatı) "GRU Space" startapı Ayda hotellər tikməyi və artıq 2032-ci ildə ora turistlər göndərməyi nəzərdə tutur.
"Report" xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.
Şirkət öz məqsədlərini bununla əsaslandırıb ki, "SpaceX" şirkətinin fəaliyyəti sayəsində son illərdə yüklərin orbitə çıxarılması xərci əhəmiyyətli dərəcədə azalıb. Kosmosa yüklərin göndərilməsi "Blue Origin" şirkəti və dünyanın digər ölkələrində çoxsaylı startaplar sayəsində bazarda artan rəqabət səbəbindən ucuzlaşmağa davam edəcək.
Şirkət qeyd edir ki, kosmos artıq varlı insanlar üçün turistik istiqamətə çevrilir.
Birinci mərhələdə hotellər turistlərlə birlikdə Yerin səthinə çatdırılacaq, bunlar iki-dörd nəfərlik şişmə modullar olacaq. İldə üç uçuş şərti ilə bir turist üçün nəzərdə tutulan xərc 416 min dollar təşkil edəcək. Daha sonra həm Yer kürəsindən, həm də Ay səthindən alınan materiallardan istifadə edərək daha mürəkkəb konstruksiyaların tikilməsi planlaşdırılır. Bu cür hotellər 10 qonağı qəbul edə biləcək, qiymət isə 83 min dollara qədər ucuzlaşa bilər. Texnologiyaların sınaqdan keçirilməsi üçün hazırlıq uçuşlarının 2029 və 2031-ci illərdə həyata keçirilməsi planlaşdırılır.