​"Al-Arab" Bəhreyndə fəaliyyətə başladıqdan bir saat sonra yayımını dayandırıb

Maraqlı
  • 02 fevral, 2015
  • 13:59
​Al-Arab Bəhreyndə fəaliyyətə başladıqdan bir saat sonra yayımını dayandırıb

Bakı. 02 fevral. REPORT.AZ/ "Al-Arab" telekanalı Bəhreyndə bir saat yayımlanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından olan milyarder əl-Valid bin Talalın maliyyəsi hesabına Bəhreyndə açılan kanal fəaliyyətə başlayandan bir saat sonra yayımını dayandırıb.

Bunun səbəblərindən biri kimi kanalın ilk qonağının Bəhreyn müxalifətinin tanınmış nümayəndəsinin olması göstərilir. Ancaq "Al-Arab" isə yayımın dayandırılmasını texniki nasazlıq və inzibati problemlərlə əlaqələndirib.

Bir müddət öncə telekanalın təmsilçisi Yaxın Şərqdə, eləcə də ondan kənarda baş verən hadisələri və problemləri obyektiv işiqlandıracağını vəd edib.