Aktrisa Ceyn Fonda Kapitolidə keçirilən mitinq zamanı həbs edilib - VİDEO

Maraqlı
  • 11 oktyabr, 2019
  • 23:41
Aktrisa Ceyn Fonda Kapitolidə keçirilən mitinq zamanı həbs edilib - VİDEO

Məşhur Amerika aktrisası Ceyn Fonda iqlim dəyişikliyi əleyhinə mitinq zamanı Vaşinqtonda həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "The Hollywood Reporter" bildirib.

Qeyd edilir ki, polislər Kapitoli ətrafında iqlim dəyişikliyinə görə keçirilən qanunsuz etiraz aksiyasında iştirak edən 16 etirazçını saxlayıblar.

Fonda mitinqdə "Oil Change International" qrupu ilə birlikdə etirazını ifadə edib.

Aktrisa öz saytında bildirib, hər cümə gənclərin inanılmaz hərəkətlə ilham verilmiş aksiyasında iştirak edəcək. O, baş verənlərə etinasız yanaşa bilmədiyini vurğulayıb.

Daha əvvəl amerikalı aktrisa ABŞ prezidenti Donald Trampı Adolf Hitlerlə müqayisə edib.