​ABŞ-da avtomobil havaya qalxmaq təhlükəsi ilə üzləşib - VİDEO

Maraqlı
  • 02 avqust, 2015
  • 03:50
​ABŞ-da avtomobil havaya qalxmaq təhlükəsi ilə üzləşib - VİDEO

Bakı. 2 avqust. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatında keçirilən hava şarı festivalında "Chevrolet Suburban" avtomobili uçmaq təhlükəsi ilə üzləşib. Bu barədə "Report" xarici KİV-lərə istinadən xəbər verir.

Belə ki, festivalın keçirilməsi zamanı əsən güclü külək insanlara hava şarlarında uçmağa imkan verməyib. Bəzi insanlar aerostatları müxtəlif üsullarla, o cümlədən avtomobil vasitəsilə yerdə saxlamağa çalışıblar. Ancaq güclü külək avtomobili havaya qalxmaq təhlükəsi ilə üzləşdirib. 

44 - Tezliklə