"Ziraat Bank Azərbaycan" 30 milyon manatlıq istiqraz buraxır
- 17 iyul, 2026
- 12:53
Yeniliklərdən dərhal xəbərdar olun!
"Ziraat Bank Azərbaycan" ASC "Bakı Fond Birjası" QSC-də (BFB) 30 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 100 manat olan 300 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar birqiymətli təklif üsulu ilə yerləşdiriləcək, 12 ay tədavüldə olacaq. Onların illik faiz dərəcəsi hər bir buraxılışın Yekun Şərtləri ilə müəyyən ediləcək. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.